"Diqlas"dakı yanğında zərər çəkən sahibkarlar prokurorluqda dindirilir

"Diqlas"dakı yanğında zərər çəkən sahibkarlar prokurorluqda dindirilir

"Diqlas" ticarət mərkəzində yanğın nəticəsində zərər çəkən sahibkarlar Nizami Rayon Prokurorluğunda dindirilir.
"Report"un xəbərinə görə, dindirmə zamanı onların anket məlumatları dəqiqləşdirilib, dəymiş ziyanla bağlı suallar verilib.

Sahibkarların verdiyi məlumata görə, dindirilmə bir neçə gün davam edəcək. Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...