İstanbulda 1 May nümayişlərində 140 nəfər saxlanılıb

İstanbulda 1 May nümayişlərində 140 nəfər saxlanılıb

İstanbul polisi 1 may nümayişlərində üzlərini maska ilə gizlədən 140 nəfəri saxlayıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, onların hamısı Türkiyə vətəndaşlarıdır.

Qeyd edək ki, bu ilin fevralında Türkiyə parlamentinin qəbul etdiyi təhlükəsizlik üzrə islahatlar paketinə əsasən, aksiya iştirakçıları üzlərini maskalar vasitəsilə gizlədə bilməzlər və bu davranış ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

Bundan başqa, "Molotov kokteyli"dən istifadə silahdan istifadəyə bərabər tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...