BSU-da aşkarlanan yeyintilər sabiq rektorun dövründə olub - AÇIQLAMA

BSU-da aşkarlanan yeyintilər sabiq rektorun dövründə olub -

Hesablama Palatası Bakı Slavyan Universitetində nöqsanlar aşkarlayıb. Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə dair audit nəticəsində məlum olub ki, valideynləri ali məktəbin əməkdaşı olan 2 tələbə, məcburi köçkün statusu olmayan 4 tələbə əsassız olaraq təhsil haqqının ödənilməsindən azad edilib.

Bundan başqa, təhsilini bitirən və diplomları hələlik verilməyən 42 tələbə üzrə təhsil haqqı borcu mövcud olub, təhsil haqqı üzrə debitor və kreditor borclar bəzi hallarda uçota alınmayıb, bağlanılan müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrdən, əlavə təhsil fakültəsinə qəbul olunan müdavimlərdən və təşkil edilən yay məktəbində kredit borcu üzrə təhsil haqqının alınması təmin edilməyib.

Media və sosial şəbəkələr neçə gündür bu məsələni gündəmə daşıyır. Modern.az saytı məsələ ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Bakı Slavyan Universitetinin(BSU) mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev bildirib ki, Hesablama Palatasının yoxlamalarının nəticələri hazırkı rektorluğun dövrünə aid deyil.

“Dediyiniz nöqsanlar 2016-cı ilin iyun ayına qədərki dövrdə aşkarlanıb. 2016-cı ilin iyulundan isə Nurlana Əliyeva Bakı Slavyan Universitetində rektordur. Mən isə 2016-cı ilin sentyabrında universitetin mətbuat xidmətinə gəlmişəm. Əsasən yoxlamalar 2015-2016-cı illəri əhatə edir. Sadəcə 2015-2016-cı illərdə olan halların davam etmə müddəti var. Tələbələrin ödənişi ilə bağlı 39 hal var ki, 2019-cu ilin iyulundan sonrakı dövrdə 35-i aradan qaldırılıb. Hesabatda göstərilən cəmi 4 hal üzrə köçürülmələrin əvvəlki nöqsanları qalıb”. Qeyd edək ki, 2014-2016-cı illərdə Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...