Necə ola bilər, başqasının kitabına qoşqu edəsən, kitabın müəllifi özünü sayasan?! - QALMAQAL

Necə ola bilər, başqasının kitabına qoşqu edəsən, kitabın müəllifi özünü sayasan?! -

“Hürriyyət” qəzetinin 10, 11, 12, 13, 16 aprel 2019-cu il saylarında dərc edilmiş “Alim adına yaraşmayan hərəkət” adlı yazını və bu yazıya 13, 16 aprel tarixdə verilmiş cavabları oxudum. Yazıda AMEA Nəsimi adına Dilçilik İnstitutu “Terminologiya” şöbəsinin müdiri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın müəllifliyi ilə çap edilmiş "İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması şərh olunmuşdu.

Dilçilik İnstitutunun direktoru sayqılı akademik Mövsüm Nağısoylu başda olmaqla institutun bir neçə əməkdaşının iddiasına görə, adı çəkilən yazıda irəli sürülən plagiatlıq faktı lüğətdə ola bilməz. Daha doğrusu, "İzahlı dilçilik terminləri lüğəti”ində plagiat yoxdur. Onların sözlərinə görə, istənilən lüğət tərtib olunarkən bundan öncəki lüğətlərdən istifadə etmək zəruriyyəti yaranır (istifadə ilə köçümənin fərqi böyükdür – B.S.) və lüğət terminlərə aidsə, terminlərdən hər birinin ayrılıqda öz izahı vardır. Sözsüz, bu, inkarolunmazdır. İddiaçıların sözlərinə görə, “o izahı dəyişmək mümkün deyil”. Bu fikir qismən doğrudur. Düzünə qalsa, terminin izahı mükəmməl deyilsə, ya da yanlışsa, onun yerinə mükəmməl izahı işlətmək mümkündür və vacibdir. Başqasının kitabından sözbəsöz, cümləbəcümlə, hərfinə, nöqtəsinə toxunmadan köçürülmüş materialın öz adına çap etdirilməsinin plagiat olduğunu inkar etməyə birmənalı yanaşmaq olmur. Məncə, belə etmiş şəxslər tamhüquqlu müəllif sayıla bilməz. Necə ola bilər, başqasının kitabına qoşqu edəsən, kitabın müəllifi özünü sayasan!?

Məsələnin ikinci tərəfi həmin kitabın qonorarı ilə bağıdır. Bilindiyi kimi, "İzahlı dilçilik terminləri lüğəti”nin müəllifləri kimi getmiş şəxslər böyük hissəsi başqalarının əməyi hesabına yazılmış kitadan köçürmənin də qonorarını alıblar. Bu, nə deməkdir?!

Mən bütün bunların mənə birbaşa aidliyi olmadığı üçün bunları yazmaya da bilərdim. Ancaq, vətəndaş olaraq düşünürəm, ölkədə qanun çərçivəsinə sığmayan hallar nə qədər çox baş versə, xaosa aparan yol o qədər “rəvan” olar “çürümə” prosesi daha da sürətlənər.

Bir vətəndaş olaraq "İzahlı dilçilik terminləri lüğəti”nə aid məsələni düzgün saymıram.

“Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” el misalıdır… Bu misal AMEA-ya, onun Dilçilik institutuna yaraşan misaldır.

Sayqılarla,
Bəhmən SULTANLI \\hurriyyet.org\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...