Bu restoranlar bağlanacaq - aparat rəhbərindən açıqlama

Bu restoranlar bağlanacaq  -

Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər.

Gundeminfo.az xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərmov deyib. Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdıRmayan 4 obyekt müəyyənləşib: "Həmin obyektlər Sumqayıtda "Green House", "Dədə Qorqud", "Qubadlı" şadlıq sarayları və Bakıda "Qədim Şəki" restoranıdır. Nazirlik tərəfindən həmin obyektlərə icrası məcburi göstəriş verilib. Göstərişə əməl olunmasa, həmin obyektlərin fəaliyyəti dayandırıla bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...