Plagiat kitabın arxasında kim dayanır? — Tanınmış professordan ŞOK İTTİHAMLAR
“Möhsün Nağısoyludan dövlət büdcəsindən iş görmək adı ilə mənimsədiyi 100 minlərlə vəsaiti geri qaytarmağı rica edir və onu “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı açıq elmi debata, diskussiyaya dəvət edirəm”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə iddialar səngimək bilmir. İddiaya görə, Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğıəti” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürüblər. Professor Sayalı Sadıqova isə ittihamları rədd edib və bildirib ki, kitabda heç bir köçürmədən söhbət gedə bilməz. Ancaq məsələ ilə bağlı mediada sislsilə yazılar dərc edilir, hər iki kitabda yer alan eyni mətnləri tutuşdurmaqla plagiatlığa yol verildiyi bildirlir. Misal:
“Dilçilik ensiklopediyası”
Tabulaşma – Müəyyən dil cəmiyyətlərində sözlərin işlənməsində müşahidə olunan qadağa. Məs.: Azərb. d. ölümlə bağlı sözlərin əvəzlənməsi /öldü/ əvəzinə /gözlərini birdəfəlik yumdu/, /həyatla vidalaşdı/, /ömrünü bağışlamaq/. Bo proses dildə yeni sözlərin və alınmaların yaranmasına gətirib çıxarır. danışıqda bəzən də tabu əvəzinə üvfemizmlər işlədilir (s. 286, II cild).
“İzahlı dilçilik terminləri lüğəti”
Tabulaşma – Müəyyən dil cəmiyyətlərində sözlərin işlənməsində müşahidə olunan qadağa. Məs.: Azərb. d. ölümlə bağlı sözlərin əvəzlənməsi /öldü/ əvəzinə /gözlərini birdəfəlik yumdu/, /həyatla vidalaşdı/, /ömrünü bağışlamaq/. Bo proses dildə yeni sözlərin və alınmaların yaranmasına gətirib çıxarır. danışıqda bəzən də tabu əvəzinə üvfemizmlər işlədilir (s. 733).
Çox sayda belə mətnlərdə, hətta qeydlər və buraxılmış səhvlər də eynidir.
Bizimyol.info məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filogiya elmləri doktoru, professor İdris Abbasovla müsahibə edib:
– “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olduğunu, “Dilçilik Ensiklopediyası”ndan köçürüldüyünü bildirmisiniz. Plagiata yol verən şəxslər kimlərdir?
– Əvvəlcə qeyd edim ki, plagiat (plagiarizm (plagiatlıq, plagiatçılıq,) çox vaxt əmanətə xəyanət, qüsurlu sitat, müəllif hüququna qəsd, ədəbi-elmi oğurluq, imitasiya, dələduzluq, və s. kimi qəbul olunur.
Dövlət vəsaiti hesabına nəşr olunmuş, hətta mükafatlandırıldığı deyilən “İzahlı dilçilik terminləri lüğəti”plagiatdır, yəni əmanətə xəyanətdir, müəllif hüququna qəsddir, dövlətə, xalqa və elm ictimaiyyətinə hörmətsizlikdir.
Oğurluq əsər, əsasən, üç kitabdan – “İzahlı dilçilik terminləri” (1989), “Dilçilik Ensiklopediyası (2006, 2008)” və “Azərbaycan onomastikası” kitablarından kor-koranə köçürülüb. Kitabın əsas müəllifi professor Sayalı Sadıqova və 4 nəfər işçisidir. Problem 5 aydır ki, gündəmdən düşmür və həqiqəti əks etdirən etiraf xarakterli heç bir açıqlama verilməməsi ictimaiyyəti qıcıqlandırır. Reallığı gizlətmək üçün bütün vasitələrdən istifadə edilir.
Məlum olur ki, nəhəng olduğu qədər də naqis, qeyri-elmi, yarımçıq və əvvəlkilərlə müqayisədə heç bir işə yaramayan kitabın arxasında AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli dayanır. O, sözügedən kitabın baş redaktorudur. Hətta Dilçilik İnstitutunun 12 aprel 2019-cu il tarixli Elmi Şurasında plagiat faktını təsdiq etdiyim üçün akademik M.Nağısoylu (Nəsimi adına Dilçilik İnstitutunun direktoru – R.V) və adamları tərəfindən mənə edilən növbəti hücumlar zamanı akademik İsa Həbibbəylinin qeyri-rəsmi təmsilçisi, institutun “Monitorunq” şöbəsinin müdiri Sevinc Əliyeva: “İdris müəllim, siz bilmirdiniz ki, həmin kitabda İsa Həbibbəylinin adı var?!” – deyə öz dəstək borcunu yerinə yetirirdi. Təəssüf ki, vitse-prezident İsa Həbibbəyli baş verən hadisələri yalnız kənardan seyr etməklə kifayətlənir, məsələyə dövlətçilik yönündən müdaxilə etmir. Onu da qeyd edim ki, ümummilli bir məsələdə məkrin və şəxsi ambisiyaların önə keçməsi çox pis perspektivlər vəd edir.
– Kitabın çapından xeyli vaxt keçir, məsələnin sonradan bu qədər qabardılmasına səbəb nə oldu?
– Kitab 2018-ci ildə çap olunub, əsas təqdimatı noyabr ayında keçirilib, yəni 5 ay bundan əvvəl akademik İsa Həbibbəyli kitabı yüksək qiymətləndirilib və ictimaiyyətə təqdim edib. Əslində məsələ həmişə gündəmdə olub. Elmdə inzibatçılıq ola bilməz. Bir vəzifəli şəxsin ictimaiyyətə sanki acıq verməsi xəyanətə bərabərdir. Axı nə düşmüşdür ki, narahatlıqlar səngiməmiş plagiat əsərin həmmüəlliflərindən biri təkrar mükafatlandırılsın? Belə addımlar provokasiyalara yol açır. Bu işə aidiyyatı olan hörmətli akademiklər niyə belə edirlər?!
– Bəzən hətta tanınmış elm xadimlərinin də elmi işlərində plagiat hissələrin olması barədə iddialar yer alır. Siz belə hallarla rastlaşmısınızmı?
– Təbii ki, rastlaşmışam və rastlaşmaqdayam. Elmi əsərlərdə az bir faiz plagiatın olması faciə deyildir. Yəni bir neçə faiz üst-üstə düşmə halları ola bilər. Amma 20, 30, hətta 80, 95 faiz köçürmə nə deməkdir? Bu, saxtakarlıq, yalan və aldatmadır.
– Azərbaycanda plagiatlığa yol verib-verilmədiyini araşdıran qurum varmı?
– Ölkəmizdə bu işlə məşğul olan qurum Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyidir. 2003-2012-ci illərdə bu qurum tərəfindən 30 nəşrin plagiat olması aşkarlanıb: elmi əsər – 6 nəşr; ədəbi əsər – 5 ədəd; lüğət – 2 ədəd; ensiklopediya – 1 ədəd; mətbuatla əlaqədar –1 fakt.
– Belə hala yol vermiş şəxslərlə bağlı hansı tədbir görülür və belə bir təcrübə olubmu?
– Açığı, bu haqda məlumatlı deyiləm. Amma onu bilirəm ki, başqasının intellektual mülkiyyətini qarət edən kəslər öz Allahsız və vicdansız həyat tərzinə görə cəzalandırılmalıdırlar. Mütəxəssislər təsdiq edirlər ki, plagiatlıq edib üzə duran, günahını etiraf etməyən şəxs mənsub olduğu dövlət, millət və cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Onlara qətiyyən etibar etmək olmaz.
Sonda mən “Tutaq ki, ismin tərifini verirsən, bu zaman sən Amerika kəşf etməyəcəksən ki. Yazacaqsan ki, isim əşyanın adını bildirir, sualı budur və sairə… bu lüğətdə əvvəlki lüğətlərdə olmayan 4200 yeni söz daxil edilib. Təsəvvür edin ki, 7500 sözdən 4200-ü əvvəlki lüğətlərdə yoxdur. Sadəcə olaraq, burda qərəzli mövqe var…” – deyərək ictimaiyyəti aldatmağa çalışan akademik Möhsün Nağısoyludan dövlət büdcəsindən iş görmək adı ilə mənimsədiyi 100 minlərlə vəsaiti geri qaytarmağı rica edir və onu “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı açıq elmi debata, diskussiyaya dəvət edirəm.
Qeyd: Plagiat olduğu bildirilən kitabın baş redaktorları – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylunu məsələnin müzakirəsi ilə bağlı debata (yazılı, videokontent və ya canlı yayım) dəvət edirik. Həmçinin səslənən fikirlərə birtərəfli qaydada da münasibət açıqlaya bilərlər. \\hurriyyet.org\\
731 dəfə oxundu