Fariz Namazlıdan Vəkillər Kollegiyasına şikayət olundu

Fariz Namazlıdan Vəkillər Kollegiyasına şikayət olundu
Azərbaycanda daha bir vəkilin cəzalanması üçün Vəkillər Kollegiyasına şikayət olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dəfə Penistensiar Xidmət vəkil Fariz Namazlıdan şikayət edərək onun cəzalandırılmasını istəyib. PX qeyd edib ki, F.Namazlı Qobustan qapalı həbsxanasına daxil olarkən yoxlama zamanı müəssisənin əməkdaşlarını təhqir edib.

Namazlı isə bu iddianı rədd edib və həmin anı əks etdirən videogörüntülərin təqdim edilməsini istəyib, lakin ona “videokameraların yaddaş qurğusu yoxdur” cavabı verilib.

VK-nın İntizam Komissiyası şikayətə Rəyasət Heyətinin iclasında baxılması haqda qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...