Yanan təyyarənin stüardessası qəza anından danışdı

Moskvanın “Şeremetyevo” aeroportunda yanmış “Sukhoi Superjet 100” (SSJ-100) təyyarəsinin göyərtəsində olmuş stüardessa Tatyana Kasatkina sərnişinlərin təxliyyəsindən danışıb.
Onun hadisə ilə bağlı dedikləri “Baza” “Telegram” kanalında dərc olunub.
Kasatkinanın sözlərinə görə, təyyarə yüksək sürətlə hərəkətdə olan zaman təşviş içində olan insanlar yerlərindən qalxıb və çıxışa doğru qaçıb. Onlar yaxınlarına zəng vurub, təyyarəni alov bürüdüyünü və düşməkdə olduğunu bildiriblər.
Təyyarənin eniş zolağında dayanmasından dərhal sonra stüardessa sərnişinləri təxliyyə etməyə başlayıb.
“Hər şey o qədər tez baş verdi ki, bir saniyə belə vaxt yox idi. Təxliyyəni gecikdirməsinlər deyə hər birinin yaxasından dartıb, itələyirdim”, - deyə Kasatkina bildirib.
Stüardessa rabitə ilə bağlı problemlərin ildırımvurmadan sonra meydana gəldiyini təsdiqləyib. Göyərtənin sol tərəfi boyunca parlayış meydana gəldi, sonra hər şey qatı qara tüstüyə büründü.
Onun sözlərinə görə, təyyarənin daxilində alov müşahidə olunmasa da, illüminatorlar təyyarə dayanmazdan əvvəl əriməyə başlayıb.
768 dəfə oxundu