Zülfüqarlılar Türkiyədə böyük biznes qurdular
Azərbaycanlı məşhur biznesmen ailəsi Türkiyədə restoranlar şəbəkəsi açır.
AzVision.az xəbər verir ki, Türkiyədə yaşayan Zülfüqarlı qardaşları yeni biznes şəbəkəsi qurmağa başlayıb.
Ailə artıq restoranlar şəbəkəsinə ilk yatırımını da edib. Türkiyəyə təhsil almaq üçün gedən Şahin Zülfüqarlı 50 restorandan ibarət “555İST” adlı restoranlar şəbəkəsinə ilk investisiyasını yatırıb.
“Türkiyədə uzun illərdir tikinti, dəmir istehsalı kimi sahələrə investisiyalar yatırmışıq. İndi isə xidmət sahəsində yatırım etmək istəyirik”-deyə bildirib.
İş adamı həmçinin qeyd edib ki, yeni açacaqları restoranlar şəbəkəsi Tük mətbəxinə yeni baxış gətirəcək: “Türkiyədə heç vaxt olmayan konseptlərlə müştərilərimizin qarşısına çıxacağıq. Türk, Azərbaycan və dünya mətbəxi ilə bazarda fərqi ortaya qoyacağıq”.
Daha çox işlək məkanlarda restoranlar açaçağını deyən Ş.Zülfüqarlı hədəflərinin bütün şəhərlərdə ən azı bir restoran açmaq olduğunu deyib. O, dünyaca məşhur aşpazların hazırlayacağı özəl yeməklərin təqdim ediləcəyi restoranlarda qiymətlərin münasib olacağını bildirib.
“Uşaqlığımdan bu günə kimi “555” rəqəmi mənim üçün uğurlu olub. Avtomobil həvəskarı olmuşam . Avtomobillərimə də həmişə “555” nömrəsini almışam. Restoranlarımızda da klassik avtomobil ehtirasını yaşatmaq və bir qaraj havası yaratmaq istəyirik”-deyə Şahin Zülfüqarlı bildirib.
Qeyd edək ki, Şahin Zülfüqarlı bir vaxtlar “Bakı Poladtökmə” Zavona rəhbərlik edən Zülfüqarlı ailəsinin üzvüdür.
1 920 dəfə oxundu