Azərbaycana gətirilən toyuqlarda “quş qripi” təhlükəsi

Azərbaycana gətirilən toyuqlarda “quş qripi” təhlükəsi

Türkiyədə növbəti “quş qripi” həyəcanı yaşanıb. Quşçuluq fermalarının birində xeyli sayda toyuq tələf olub. Tələfata “quş qripi”nin səbəb olduğu deyilir.

Virtualaz.org saytı xəbər verir ki, tələfatın baş verdiyi fermanın qonşuluğunda Türkiyənin məşhur “Banvit” firmasının da ferması olub. “Quş qripi”nin həmin fermanın heyvanlarına da keçməsi şübhəsi ilə araşdırmalar başlayıb.

“Banvit” firmasından verilən açıqlamada isə qeyd edilən hadisənin onlara heç bir aidiyyətinin olmadığı bildirilib. Firmadan verilən məlumatda bildirilir ki, qonşu fermada yaşanan “quş qripi” təhlükəsi onların işinə heç bir halda təsir etməyib və buna görə fermada heç bir tələfat baş verməyib.

Buna baxmayaraq təhlükəsizlik baxımından adıçəkilən firmada da yoxlamalar aparılıb.

Qeyd edək ki, “Banvit” firmasının istehsal etdiyi məhsullar Azərbaycana da gətirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...