İranlı narkobarona Bakıda ağır cəza verildi

İranlı narkobarona Bakıda ağır cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran İslam Respublikasının vətəndaşı Nozad Hor Neymətullah Nadirin cinayət işi məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyiməlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının qərarı ilə İran vətəndaşı 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nazod Hor Neymətullah Nadir külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Azərbaycan güc strukturları tərəfindən saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...