Bahar Muradova: “Azərbaycan qarşı qaralama kampaniyası aparılır”

Bahar Muradova: “Azərbaycan qarşı qaralama kampaniyası aparılır”

“Bu gün Azərbaycan qarşı qaralama kampaniyası aparılır. Ölkəmizin inkişafını gözü götürməyən, erməni mənbələrindən maliyyələşən və erməni maraqlarına xidmət edən dairələr müxtəlif təşkilatlarda, tədbirlərdə birləşə və bizə qarşı cəbhə yaratmağa çalışa bilərlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə keçirilən “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda iclasda Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, bu cəhdlər nəticə verməyəcək: “Ölkə başçısı İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə ikitərəfli münasibətlərində problem yoxdur. Ona görə də Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir. Çünki Azərbaycanın çox güclü müqavimət gücü var. Bu gücün içərisində Azərbaycan gəncliyi xüsusi yer tutur. Biz bu gücü çox yüksək qiymətləndiririk”.

B. Muradova qeyd edib ki, Azərbaycanın gənclər siyasəti barədə çox mükəmməl qanunvericiliyi var: “Bu gün sizdən tələb olunan Azərbaycanın ümumi inkişaf tendensiyalarına uyğun gəlməyən zərərli vərdişlərdən kənar olmaq, onlara qarşı vahid güc kimi çıxış etməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...