Ərdoğandan yazan baş redaktor həbs edilib

Ərdoğandan yazan baş redaktor həbs edilib


Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən qəzetin baş redaktoru həbs edilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, “Today's Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş İstanbuldakı ofisində saxlanılıb. Məlumata görə, həbsə səbəb onun “Twitter” səhifəsindəki yazıları olub. Bülənt Keneş bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.

Qeyd edək ki, B.Keneş bu ilin iyununda analoji ittihama görə şərti olaraq 21 ay müddətinə azadlıqdan məhrum edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...