İcra Nümayəndəsinin oğlu Türkiyə vətəndaşın döydü
Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Coşqun Şahin Xırdalan İcra başçısının oğlu tərəfindən döyüldüyünü iddia edir.
O, bu barədə “Qafqazinfo”ya müraciət edib. Coşqun Şahin qeyd edib ki, 25 ildir ki, Azərbaycanda yaşayır və əvvəllər “Xəzər” televiziyasında yemək proqramı aparıb: “Proqramdan ayrıldıqdan sonra Xırdalanda bir yeməkxana işlətməyə başladım. Keçən il Xırdalanda qaçqınların binasında partlayış oldu, orada işləyənlərə gündə 3 dəfə yemək verməyimi və sonradan pulun ödənəcəyini bildirdilər. Mənə heç bir məbləğ ödənməyincə şikayət etmək üçün Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə İcra Nümayəndəsi Fikrət Orucovun yanına getdim. Məsələ ilə bağlı bir çox bəhanə gətirən icra nümayəndəsi öz obyektinin olduğunu və oranı işlətməyimi təklif etdi. Mən də razılaşdım. Ancaq sonradan oranın qazancının yaxşı olmadığını gördüm. Aylıq 2000 manat kirayəsi vardı və içinə bir xeyli avadanlıq almışdım. 2 ay işlətdim sonra kirayə puluna gücüm çatmadığını dedim. O da bildirdi ki, imkanın yoxdur çıx, mən başqasına arendaya verəcəm. Çıxacağım təqdirdə avadanlıqların pulunu istəmək üçün yanına getdim. O da mənim qolumdan tutub çölə atdı və məni təhqir etdi .
Daha sonra oğlu da məsələyə qarışdı və küçədə hamının qarşısında məni vurmağa başladı”.
Coşqun Şahin məsələ ilə bağlı polisə də müraciət etdiyini bildirib.
1 079 dəfə oxundu