Ermənistan Metsamor AES-lə nüvə enerjisi əldə etmək istəyir

Ermənistan Metsamor AES-lə nüvə enerjisi əldə etmək istəyir

Ermənistana hakimiyyəti Türkiyə sərhədində yerləşən və istifadə müddəti bitmiş Metsamor AES-ni 2026-cı ilə qədər işlətmək qərarı verib.

Avropa.info xəbər verir ki, erməni parlamentinin iclasında səsverməyə qoyulan qərar 111 nəfər lehinə, 1 nəfər lehinə, 3 bitərəf olmaqla qəbul edilib. Qərara əsasən Rusiya ilə birgə işlədiləcək stansiya haqda müqavilə ratifikasiya edilib.

Müqaviləyə görə, Rusiya şirkəti “Rusatom” Ermənistanın enerji ehtiyacının 40%-i ödəyən AES-in təmiri və işçi heyətinə görə məsuliyyət daşıyacaq, eyni zamanda stansiyaya nəzarət edəcək.

Ermənistan energetika və təbii sərvətlər nazirinin müavini Areq Qalstyan parlamentdəki çıxışında işlərin yaxşı davam edəcəyi halda 2026-cı ilədək nüvə enerjisi əldə edə biləcəklərini deyib.

Atom elektrik stansiyasının fəaliyyətinin önəmli olması haqda çıxış edən deputat Tevan Poqosyan “AES-ə malik olmaq regionun təhlükəsizliyi baxımından vacibdir. Necə olmasa da, AES-i olan ölkə ilə hesablaşırlar” – deyib. Poqosyan stansiyanın nəinki qorunmasını, hətta daim gündəmdə saxlanılmasının vacibliyindən danışıb.

Deputat və sabiq baş nazir Hrant Baqratyan vəzifədə olduğu 90-cı illərdə AES-in fəaliyyətinin yenidən bərpa olunduğunu deyib. Baqratyan Metsamorun fəaliyyətinin uzadılmasının çətin bir qərar olduğunu, lakin fərqli ölkələrdən gələn mütəxəssislərin apardığı yoxlamalardan sonra qərarın müdafiə edildiyini bildirilib.

20 aprel 2014-cü ildə Moskvada Ermənistan və Rusiya arasında imzalanan müqaviləyə görə, Metsamor AES-nin ikinci reaktorunun fəaliyyətinin uzadılması üçün Rusiya Ermənistana 270 milyon dollar kredit və 30 milyon dollar yardım verəcək.

Müqaviləni “Rosatom”un baş direktoru Sergey Kiriyenko və Ermənistanın Energetika və Təbii Sərvətlər naziri Yervand Zakaryan imzalamışdı.

Metsamor AES-i paytaxt Yerevandan 32 km qərbdə Türkiyə sərhədinə 16 km məsafədə yerləşir. 1970-ci ildə inşa edilib. 1988ci ildə baş verən və 25 min nəfər adamın ölümünə səbəb olan zəlzələdən 1 il sonra təhlükəsizlik məqsədilə bağlanıb. 1995-ci ildə təkrar açılan AES o zamandan bəri fasiləsiz fəaliyyət göstərir.

Qeyd edək ki, ABŞ başda olmaqla, Qərb dövlətləri Ermənistandakı AES-in beynəlxalq tələblərə cavab vermədiyini və region üüçn təhlükə yaratdığını bildiriblər. Dünyanın bir çox ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar rəsmi Yerevandan bu stansiyanın fəaliyyətini dayandırmasını tələb edirlər. Eyni zamanda Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları da işlək vəziyyətdə olmayan və bölgəyə təhlükə yaradan AES-in bağlanmasını tələb edirlər. Lakin rəsmi Yerevan bu tələblərə məhəl qoymur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...