Əhali 20 milyard kredit götürüb - Statistika

Əhali 20 milyard kredit götürüb -


Əhalinin əmək haqqlarında da artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat təşkil edib.

Əmək haqqı neft sektorunda 2101,3 manat, qeyri-neft sektorunda 420,1 manat təşkil edib. Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,3 manat, özəl sektorunda isə 603,5 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 17,4 % artaraq 1000,1 manat təşkil edib. Həmçinin 2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 5,8% artaraq 30,1 mlrd. manata çatıb. Qeyd edilən dövrdə gəlirlərin 2,9%-i və ya 3 mlrd. 882,9 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

2015-ci il sentyabr ayının 1-ə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 20,1 mlrd. manat təşkil edib, onun 78,5%-i və ya 15,77 mlrd. manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il sentyabr ayının 1-i ilə müqayisədə 16,1% artıb. Problemli kreditlərin məbləği ümumi kredit portfelinin 6,6%-ini və ya 1 mlrd. 326,6 mln. manat təşkil edib.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...