Tamerlan Qarayev Bakıya gəldi

Tamerlan Qarayev Bakıya gəldi

Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Bakıya gəlib. Modern.az saytının əldə etdiyi məlumata görə Tamerlan Qarayev ötən gün Xocalıdan olan şəhid ailələri ilə görüşüb. Səfirin şəhid ailələri ilə görüşü Dağlıq Qarabağın Azərbaycanlı İcmasında baş tutub. Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da iştirak edib. Tamerlan Qarayev hazırda da Bakıdadır.

Tamerlan Qarayev 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib. Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətdən devriləndən sonra Tamerlan Qarayev diplomatik fəaliyyətə başlayıb. O, Azərbaycanın 1993-2001-ci illərdə Çindəki, 2004-2011-ci illərdə isə Hindistandakı səfiri diplomatik vəzifəsində işləyib.
T.Qarayev 2011-ci ildən İndoneziyada səfirdir. Yeri gəlmişkən, Tamerlan Qarayevin oğlu Ruslan Qarayev də atasının yanında - İndoneziyada çalışır. O, SOCAR-ın İndoneziyadakı təmsilçiliyinin rəhbəridir. R.Qarayev əvvəllər Milli Məclisdə işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...