“Beynəlxalq Bank” “AAAF PARK”la əməkdaşlığı dayandırdı

“Beynəlxalq Bank” “AAAF PARK”la əməkdaşlığı dayandırdı

Azərbaycan Beynəlxalq Bankı (ABB) Xırdalan şəhərindəki "AAAF PARK” yaşayış kompleksi ilə əməkdaşlığı dayandırıb

Bu barədə fins.az-a kompleksdən bildirilib. Şirkət yaranmış vəziyyəti Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə izah edir:

"Avropa oyunlarına görə hələlik bank kredit vermir, oyunlardan sonra bərpa olunacaq”.

ABB ilə əməkdaşlıq dayandırılsa da, "AAAF PARK”da yerləşən mənzillərin kreditlə satışı davam etdirilir – amma şirkətin daxili kredit şərtləri əsasında, lizinqlə.

Xatırladaq ki, ABB ilə əməkdaşlıq çərçivəsində müştərilər mənzilin dəyərinin 10%-ni əvvəlcədən, qalan hissəsini isə illik 10%-lə, 15 müddətində kreditlə ödəyirdilər. Hazırda da mənzilin dəyərinin 10%-ni bəri başdan, qalan hissəni isə 15 ilə ödəmək mümkündür. Amma müddətdən asılı olaraq mənzillərin 1 m2-nin qiymət artır. Belə ki, nağd aldıqda 1 m2-nin qiyməti 650 manatdırsa, 1 illik kreditdə qiymət 680 manat, 2 illik kreditdə 710 manat, 15 illik kreditdə isə 1100 manat təşkil edir. Yəni, hər il üçün 1 m2 mənzil sahəsi 30 manat bahalaşır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...