Manat avroya qarşı 2% möhkəmlənib

Manat avroya qarşı 2% möhkəmlənib


Bu gün oktyabrın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 23-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 22-si ilə müqayisədə 0,0012 manat və ya 0,11% artaraq 1,0487 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0232 manat və ya 1,95% azalaraq 1,1655 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,20% artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...