Ermənilərin qətlə yetirdiyi azərbaycanlı futbolçu Qazaxda dəfn olunub

Ermənilərin qətlə yetirdiyi azərbaycanlı futbolçu Qazaxda dəfn olunub

Ermənilər tərəfindən Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun meyiti Azərbaycana gətirilib.

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya açıqlamasında bildirib ki, E. Hüseynovun meyiti ötən axşam Bakıya, sonra isə Gəncəyə aparılıb.

E. Hüseynov bu gün Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.

Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb. Bir nəfər barəsində isə axtarış verilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...