Ermənilər artıq Paşinyanı dinləmək istəmirlər: Sünikə gələn baş nazirin yolunu kəsdilər - VİDEO

Ermənilər artıq Paşinyanı dinləmək istəmirlər:

Ermənistanın Azərbaycanla həmsərhəd Sünik vilayətinin sakinləri Baş nazir Nikol Paşinyanın bu əraziyə səfərinə mane olmaq məqsədilə yolu bağlayıblar.

Bu barədə News.am saytı məlumat yayıb.

Daha əvvəl N.Paşinyan öz “Facebook” səhifəsində Sünik vilayətinə səfər edəcəyini, Mehri, Qoris, Qapan, Sisian şəhərinin əhalisi ilə görüşəcəyini açıqlamışdı.

Qeyd edək ki, sərhədlərin demarkasiyası nəticəsində Ermənistanın işğal illərində çəkdiyi və Sünikin bir neçə kəndini birləşdirən yolun bəzi hissələri Azərbaycanın nəzarətinə keçir.

Məlumata görə, bu yolda təhlükəsizliyi Azərbaycan, Rusiya və Ermənistan sərhədçiləri təmin edəcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...