Avropa Şurasından Almaniyaya korrupsiya ittihamı
Avropa Şurasının korrupsiyaya qarşı mübarizə qrumu olan GRECO (Group of States against Corruption) Almaniya hökumətindən ölkə daxilində qanunvericilik sistemini pozan, öz maraq və istəklərinə uyğun olaraq hüquqi qaydalara müdaxilə edən şəxslərə və qruplara qarşı real mübarizə aparmağı tələb edib. Qurum bəyan edib ki, Almaniya hökuməti ölkə daxilində bir sıra dövlət rəsmilərini, eləcə də millət vəkillərini rüşvət qarşılığında ələ alan lobbiçilərə qarşı açıq şəkildə mübarizə aparmalıdır.
GRECO-nun rəsmi nümayəndəsi Mixael Yanssen qeyd edib ki, Almaniya ayrılıqda korrupsiya hallarına qarşı mübarizə aparan ölkə olsa da, ümumi olaraq Avropa Birliyi ölkəsi kimi çox az iş görür. Bu isə demokratiyanın ziyanına işləyən əsas amildir.
AzVision.az “Deutsche Welle“-yə istinadən bildirir ki, hələ 2009-cu ildə AŞ-ın həmin qrumu Almaniyada siyasi partiyaların maliyyələşməsi prosesində ciddi rüşvət faktları aşkarlamışdı. GRECO açıqlmasında alman hökumətindən korrupsiyaya qarşı cəzalandırma sistemindəki çatışmazlıqların aradan qaldırılmasını, habelə qeyri-qanuni yollarla parlamentariləri ələ alma kimi rüşvətxorluq hallarının ləğvini tələb etmişdi.
“Deutsche Welle” onu da diqqətə çatdırır ki, Almaniyanın rüşvətxorluğa qarşı mübarizə sxemində, eləcə də siyasi partiyaların maliyyələşməsi prosedurunda qeyri-müəyyənlik və çatışmazlıqlar qalmaqdadır. GRECO-nun bu mövzunu qabartaması onu göstərir ki, Almaniyada problem yenidən xeyli ciddiləşib.
994 dəfə oxundu