Cəbhə bölgəsində mina partladı: 3 hərbçimiz yaralandı

Cəbhə bölgəsində mina partladı:


Mina partlaması nəticəsində 3 hərbi qulluqçumuz xəsarət alıb.Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb. İlkin ehtimala görə partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...