Tarif Şurasının daşınmaz əmlak bazarına “TÖHFƏSİ”: - “Yanacağın bahalaşması səbəbindən...”
“Tikinti materiallarının qiymətinin artması son nəticədə daşınmaz əmlakın satış qiymətinə təsir göstərir”.
Tarif Şurasının son iclasında Aİ-92 markalı benzin və dizel yanacağı ilə yanaşı, daşınmaz əmlakla bağlı tariflərin də artırılmasına qərar verilib. Belə ki, daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texdaşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatıniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin qiyməti orta hesabla 2 dəfə artıb.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Mirdamət Əzizov Yenicag.az-a açıqlamasında bildirib ki, qeyd olunan xidmətlərdə tariflərin artırılması daşınmaz əmlak bazarında qiymətlərə təsirsiz ötüşməyəcək:
“Sözügedən xidmətlərlə bağlı yeni tariflərin təyin olunması qeydiyyat üçün ödənişlərin və mülkiyyətçilərin xərclərinin artmasına səbəb olur. Bütün bu xərclər də daşınmaz əmlak dəyərinin üzərinə əlavə olunur.
Hazırda əmlak bazarında qiymət dəyişikliyi müşahidə edilmir. Bu da ilk növbədə alıcılıq qabiliyyəti ilə əlaqədardır. Lakin yaxın zamanda əmlak bazarında qiymət artımı gözlənilir. Bu, daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlər üçün tariflərin qalxması ilə yanaşı, həm də yanacağın qiymətinin artması ilə əlaqədar baş verəcək.
Yanacağın bahalaşması əmlak bazarına müxtəlif vaxtlarda fərqli təsir göstərir. Yəni daşınmaz əmlak ucuzlaşanda və ya qiymət sabit olanda bir cür, qalxanda isə başqa cür təsir göstərir.
Əmlak bazarında qiymətlərin qalxması tikintinin rentabelliyini artırır və bu zaman satış qiyməti ilə maya dəyəri arasındakı marja çoxalır. Yanacağın bahalaşması tikinti materiallarının qiymətinə birbaşa təsir göstərir. Tikinti materiallarının, xüsusən də dəmir məmulatlarının qiymətində enerji daşıyıcılarının payı 40 faizə qədərdir.
Tikinti materiallarının qiymətinin artması son nəticədə daşınmaz əmlakın satış qiymətinə təsir göstərir. Bunu nəzərə alsaq, yanacağın qiymətindəki son artım daşınmaz əmlakın qiymətinə təsir edəcək”.
518 dəfə oxundu