Bakıya qar nə vaxt yağacaq? – Ekologiya Nazirliyi açıqlama verdi

Bakıya qar nə vaxt yağacaq? –
Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, lakin qar həvəskarlarının gözləri hələ də yoldadır.

Bəs paytaxta nə vaxt qar yağacaq?

Bu və digər suallara aydınlıq gətirmək üçün Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna müraciət etdik.

Qurumun direktoru Gülşad Məmmədova Baku.ws-ə açıqlamasında deyib ki, arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində ayrı-ayrı illərdə qış ayları çox soyuq keçir.

“Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil etmişdir.

2008-ci il yanvarın 7 və 8-də Bakıda qar müşahidə edilib. Qarın hündürlüyü 8 yanvarda 44 sm təşkil edib. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, hərdən fevral ayı yanvar ayından soyuq olur.

Fevral ayında ən soyuq hava 2012-ci il fevralın 08-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta olub. 2017-ci il fevralın 1-2 də Bakıda qar yağmış və qarın hündürlüyü 29 sm. təşkil etmişdir.

Çoxillik meteoroloji müşahidələrə görə ən soyuq dekabr 1924-cü il dekabrın 26-da Bakı şəhərində qeydə alınmışdır. Həmin gün havanın minimal teperaturu 8.8 dərəcə şaxta olmuşdur”, – deyə Gülşad Məmmədova bildirib.

Gülşad Məmmədova deyir ki, bütün çoxillik müşahidələrə görə Bakıda ən soyuq sutkalıq yağıntı 2002-ci il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub:

“Bu da dekabr ayı üçün sutka ərzində rekorddur. 48 mm yağıntı (qar) düşmüşdür. Dekabrın 11-də Bakıda qarın hündürlüyü 50 sm. təşkil etmişdir”.

Gülşad Məmmədovanın sözlərinə görə, paytaxt üçün qış aylarında əsasən şimal-qərb küləyi xarakterikdir:

Qış aylarında əsasən şimal-qərb küləyi əsmişdir. Küləyin maksimal sürəti 2007-ci il (fevralın 24-25 də), 2015-ci il (dekabrın 3-4 də), 2019 cu ildə (yanvarın 17-18 də) 35-41 m/s çatmışdır. Güclü külək, şimşək, çovğun və qar da müşahidə edilmişdir”.

Gülşad Məmmədova qarşıdan gələn son 3 günün də hava proqnozlarını açıqlayıb:

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 3-6°, gündüz 9-13° isti olacaq”.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacaq”.

Qeyd edək ki, qarşıdadı 4 gün ərzində Bakıya qar yağmayacaq. Lakin yanvar-fevralda yağması istisna deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...