Televiziya işçiləri o gecəni xatırladılar... - Video
Qanlı 20 Yanvar faciəsinin canlı şahidləri sırasında jurnalistlər də var.
“Gundeminfo” xəbər verir ki, həmin vaxt radioda diktor kimi çalışan Xalq artisti Eldost Bayramın sözlərinə görə, çətin şəraitdə olsa da, diktorlar işlərini davam etdirirdilər:
“O hadisələrin birinci zərbə görəni də, təbii ki, mətbuat orqanının işçiləri, radio-televiziya işçiləri oldu. Təsəvvür edin, xüsusi nəzarətlə mikrofon qarşısında oturursan, arxada hərbçilər. Özü də bir yox, bir neçə hərbçi əlində avtomat dayanıb. Oxumağa da məcbursan. Oxuyursan, amma ürəyin parçalana-parçalana, yana-yana oxuyursan. Çox dəhşətli günlər idi”.
Telejurnalist İlhamiyyə Rza o dövrdə hələ Dövlət Televiziyasında ilk addımlarını atırdı. O, həmin çətin günləri belə xatırlayır:
“Təbii ki, çox ciddi bir sarsıntı idi. Onun stressini yaşamaq, ondan çıxmaq çox çətin idi. Amma biz hər gün gəlirdik. Əlbəttə, bir müddət bizi heç Dövlət Televiziyasının ərazisinə buraxmırdılar. Çünki orada hərbçilər hakimi-mütləq idi. Fövqəladə bir vəziyyət durumu var idi. Komendant saatı tətbiq olunurdu. Nəqliyyat işləmirdi”.
Daha ətraflı AZTV-nin videosüjetində:
535 dəfə oxundu