Hansı sürücülər “avtoş” sayılacaq? - LAYİHƏ

Hansı sürücülər “avtoş” sayılacaq? -

Avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihədə bildirilir ki, hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur.

Layihəyə əsasən, sürücü aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə avtoxuliqanlıq etmiş sayılır.

Həmçinin avtomobili və ya motosikleti bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etmək də avtoxuliqanlıq sayılır.

Avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxmaq da avtoxuliqanlıq hesab olunacaq.

Layihə Milli Məclisdə müzakirə ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...