“İqbal Ağazadə fəaliyyəti boyu Eldar Mahmudovla bərabər..."

“İqbal Ağazadə fəaliyyəti boyu Eldar Mahmudovla bərabər..."


“İqbal Ağazadə fəaliyyəti boyu Eldar Mahmudovla bərabər Azərbaycanı satmaqla məşğul olan adamlardandır”. Bunu açıqlamasında Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev Ümid Partiyasının rəhbəri İqbal Ağazadənin “seçkilər saxtalaşdırılıb” fikrinə cavab olaraq deyib. “İqbal Ağazadənin parlamentdə olmağındansa, olmamağı yaxşıdır. Millət vəkili seçiləndə yaxşı, seçilməyəndə pis olur? Bilirsiniz, bunlar çığal adamlardır. Cığal adamlar həmişə seçkilərə kölgə salmaq istəyir. O Azərbaycan xalqına xidmət etməyib.

Kinlə, intiqamla, ləkə yaxmaqla dövlətə xidmət etmək olmaz. Bu vətən, bu dövlət , bu millət bizimdir. Millətin də seçdiyi hər bir namizədə bizim böyük hörmətimiz var. Biz ana müxalifət olaraq çalışırıq ki, müxalifət missiyasını yerinə yetirək. Müxalifət o demək deyil ki, şər böhtan atsın. Bu qətiyyən yolverilməzdir”. Partiya sədri Müasir Müsavat Partiyasının noyabrın 1-də keçirilən parlament seçkilərində iştirak etməməsinə də aydınlıq gətirib:

“Qərara gəldik ki, partiyamız parlament seçkilərində iştirak etməsin. Bizim partiya üçün parlament seçkiləri o qədər də, önəmli deyil və bu gündən növbəti prezident seçkilərinə hazırlaşırıq. Partiyamız hələ Milli Məclisə seçkilər başlamazdan öncə prezident seçkisinə başlayıb. Artıq prezident seçkiləri ilə bağlı proqram da hazırlamışıq.”

Hafiz Hacıyev parlament seçkilərini demokratik olaraq qiymətləndirib. “Düşünmürəm ki, Azərbaycanda Milli Məclisə keçirilən seçkilər Avropa dövlətlərində keçirilən seçkilərdən əksikdir. Seçkilər şəffaf, yüksək səviyyədə keçirilib. Düzdür, bizim partiya nümayəndələri seçkilərdə iştirak etməyib, amma bildiyimiz qədəri ilə seçkilər normal keçib. Allah xalqımıza xeyir versin”. (femida.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...