Mehriban Əliyeva ICESCO-ya üzv ölkələrə çağırış edib

Mehriban Əliyeva ICESCO-ya üzv ölkələrə çağırış edib
“Xanımlar və cənablar, razılaşaq ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbirdə videoformatda çıxışında deyib.

Birinci vitse-prezident bildirib: “Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...