"Son günlərdə yoluxanlar xəstəliyi ağır keçirir, müalicəyə tabe olmur" - Həkim

"Son günlərdə yoluxanlar xəstəliyi ağır keçirir, müalicəyə tabe olmur" -

"Son günlərdə COVİD-ə yoluxan insanlar xəstəliyi daha ağır keçirir, müalicəyə demək olar ki, tabe olmur".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, son həftə koronavirus infeksiyasına yoluxmanın kəskin artımla davam etməsi mart ayı üçün gözlənilən və proqnozlaşdırılan idi:

"Hələ də koronavirus infeksiyasına inanmayanlar var. Ambulator olaraq baxdığım xəstələrin hamısı müxtəlif məclislərdə yoluxublar. Maraqlısı odur ki, hamsıda yaşlı insanlardır. Aralarında 60-82 yaşa qədər xəstələr var. Yaşlı insanların yanaşı xəstəlikləri olsa da, bu xəstəliyi ciddiyə almırlar. Onları bu məclislərə təbii ki, övladları aparır, məsuliyyətsizlik edərək öz valideyinlərini bilə-bilə ölümə atırlar. Yaşlı insanlar məclislərə gedirlərsə, onlar öz övladlarına, nəvələrinə və digərlərinə necə deyə bilərlər ki, maska taxın, sosial məsafə gözləyin, qapalı məkanlara getməyin. Xəstələnən bəzi yaşlılar heç vaksin də vurdurmayıblar. Bir ildir ki, bütün TV, radio, saytlar koronavirusa qarşı əks-epidemik tədbirlərdən danışır. Həkimlər insanları maarifləndirirlər. Amma buna baxmayaraq, bəzi insanlar öz düşüncələrindən əl çəkmək istəmir".

İnfeksionist bir ildə 3000-dən çox insanın COVID-dən dünyasını dəyişdiyini vurğulayıb:

"Yenə insanlar bunu ciddiyə almırlar. Çox adamlar da deyir ki, karantin tədbirləri ləğv edilsin. Bir qrup profilaktik tədbirlərə əməl etmir, digər tərəfdən də karantinin ləğv edilməsin istəyirlər. Özü nələrəsə əməl etmək istəmir, amma başqasını yoluxdurub öldürməsinə heç əhəmiyyət də vermir. Niyə kiməsə görə kimsə ölməlidir? Həkimlərimiz öz profillərində maarifləndirici yazılar paylaşırlar. İnsanların bəziləri həkimləri təhqir edirlər. Amma araşdırsan o adamlar öz ad, soyadın yazanda səhv buraxırlar, iki kəlmə sözü ard-arda qoşub danışa bilmirlər. Həkimləri təhqir etmək nədi? Vaxtında qapalı məkanlarda vaxt keçirib yoluxanda, həmin o həkimlər sizi ölümdən xilas edir. Maska taxmırsız ki, havamız çatmır. Bəs, həkimlər yayda 45 dərəcə istidə o sintetik formanın içində gün ərzində 8 saat qalanda, sizcə necə olurdular? 8 saat yemək yemək yox, su içmək yox, ayaq yolu yox. Heç olmasa COVID-dən ölən tibb isçilərini fikirləşmirsiz. Axı onlar sizin sağlamlığınız üçün özlərin odun-alovun içinə atıblar. Ona görə bir çoxları həkimləri təhqir edir? Profilaktik tədbirlərə bir çox insanl əməl etmir. Sonra yoluxmalar artanda başlayacaqlar yazmağa ki, xəstəxanada yer yoxdur, Təcili Yardım gec gəlir, yaxud da testlərin cavabı gec verilir. İndidən tədbirlərə əməl etmək lazımdı ki, sonda nədənsə şikayətlənməyək".

Vüqar Cavadzadə sonda onu da əlavə edib ki, küçələrdə maska taxmayan insanların sayı çox artıb:

"Sanki COVID yoxdur. Virusdan qorunmaq hərənin öz əlindədir! Sonda nə Operativ Qərargahı, nə Səhiyyə Nazirliyini, nə də TƏBİB-i günahlandırn".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...