Xətai rayonundakı şəhid bulağının aqibəti necə olacaq? - İcra Hakimiyyətindən AÇIQLAMA + VİDEO

Xətai rayonundakı şəhid bulağının aqibəti necə olacaq? -

Xətai rayonunda parkın içərisində yerləşən şəhid bulağı unudulub.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Ərazidə yaşayan sakinin iddialarına görə söhbət Qaçaq Nəbi küçəsi 9 ünvanda, məhəllədaxili ərazidə yerləşən parkdan və ərazidə şəhidin xatirəsinə qoyulan bulaqdan gedir.

Belə ki, vətəndaş parkın ətrafında tikinti işlərinin getməsi səbəbindən insanların istirahəti üçün ayrılan parkın söküldüyünü iddia edir.

“Üstəlik parkın ərazisinin böyük hissəsini yaxınlıqdakı özəl bağça hasarlayaraq özəl ərazi edib. Uşaqlar üçün istirahət etməyə park qalmayıb. Burada şəhid bulağı var. Bu bulaq da unudulub”, - deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə vətəndaşların parkda istirahəti üçün heç bir maneə yoxdur:

“Ərazidə yaşayış binasının tikintisi gedir. Tikinti müvafiq qanunvericiliyə uyğun olaraq aparılır. Eyni zamanda bağça da bu layihə çərçivəsində xidmət göstərir. Hazırda pandemiya ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Ətrafda yaşayan əhalinin istirahəti üçün parkda abadlıq işləri aparılır. Abadlıq işləri isə tək bu ərazidə deyil ümumilikdə Xətai rayonu üzrə davam etdirilir”.

Məlumatda parkın içərisində unudulduğu iddia edilən şəhid bulağı ilə bağlı məsələyə də münasibət qeyd olunub:

“Şəhid Məmmədov Şahi Səməd oğlunun xatirəsinə qoyulan bulaq unudulmayıb. Abadlıq işləri çərçivəsində həmin şəhid bulağının da müasir dizaynda yenilənməsi nəzərdə tutulur. Xətai rayonunda yaşamış və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsinə rayonun inzibati ərazi daxilində xatirə lövhələri də qoyulur”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...