Ermənistanın ÜDM-dən 40 dəfə çox xarici borcu
Ötən həftə ərzində Ermənistan hökuməti müxtəlif qurumlardan üst-üstə 450 milyon dollardan çox yeni kredit alıb. Bununla da Ermənistanın ümumi xarici kredit borcu 4,5 milyard dollara çatıb.
2009-cu ildəki ağır tənəzzülədək hökumət və Ermənistan Mərkəzi Bankının ümumilikdə borcu 2 milyard dollardan az idi. İndi isə bu göstərici ölkənin Ümumi Daxili Məhsulundan 40 dəfədən də çoxdur. Ötən həftə hökumət iki böyük həcmli kredit sazişinə imza atıb. 153 milyon dollar həcmində olan kredit Dünya Bankı və Asiya İnkişaf Bankından alınıb. Noyabrın 5-i isə rəsmi açıqlama verilib ki, Moskvada yerləşən Avrasiya İnkişaf Bankı ilə əldə olunmuş razılaşmaya əsasən, bank 300 milyon dollar krediti üç mərhələdə Ermənistana verəcək.
PULLARIN NECƏ XƏRCLƏNƏCƏYİ AÇIQLANMIR
Rəsmi açıqlamada deyilir ki, Avrasiya İnkişaf Bankının verdiyi “büdcəyə dəstək krediti” 10 illik güzəşt ilə 20 il ərzində geri qaytarılacaq. Bildirilir ki, güzəştli şərtlərlə alınmış kredit Ermənistanın enerji sektorunda “maliyyə stabilliyi” yaratmağa xərclənəcək, bundan başqa dövlət maliyyəsinin daha səmərəli idarə olunmasına və daxili biznes mühitinin yaxşılaşdırılmasına sərf olunacaq.
Rəsmi açıqlamada digər detallar barədə məlumat yoxdur. Hökumətin mətbuat xidmətindən bu pulların necə xərclənəcəyi barədə detallı məlumat almaq asan məsələ deyil. Qurum bu suala yaxın günlərdə cavab verəcəyini vəd verib. Hələ bu son borcları almaqzdan öncə, müxalif siyasətçilər və digər tənqidçilər ölkənin xarici borclarının artmasından narahatlıq ifadə edirdilər və Ermənistanın buna görə gələcəkdə problemlə üzləşəcəyini deyirdilər. Onlar həmçinin Serzh Sarkisian-ın prezidentliyi dönəmində hökumətin 2 milyard dollardan çox vəsaiti boş-boşuna xərclədiyini iddia edirlər. İqtisadiyyat naziri Karen Chshmaritian bəyan edib ki, heç bir narahatçılığa gərək yoxdur, borc yükü nəzarət altındadır.
1 062 dəfə oxundu