Böyük Birtaniyadan Azərbaycanla bağlı şok qərar - “Zərurət yoxdursa, Azərbaycana getməyin”

Böyük Birtaniyadan Azərbaycanla bağlı şok qərar -


Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşları üçün potensial təhlükənin mövcud olduğu ölkələrin siyahısını açıqlayıb. Virtualaz.org saytı “The İndependent” qəzetinə istinadən xəbər verir ki, belə ölkələrin sayı 45-dir və onların arasında Azərbaycan da var. Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.

Bundan əlavə, təhlükəli ölkələrin siyahısına Əfqanıstan, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, İraq, Qvineya, Tunis, Yəmən və digərləri daxil edilib. Ən təhlükəli ölkə isə Suriya hesab olunur. Həmçinin Britaniya XİN-in ekspertləri tövsiyə edirlər ki, bu ölkə vətəndaşları kəskin zərurət olmasa, Çeçenistanla sərhəd ölkələrə - Gürcüstan və Azərbaycana, habelə Ukraynanın şərq regionlarına getməsinlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...