Hansı hallarda vətəndaşlar analizləri öz hesabına verəcək? - AÇIQLAMA + RƏSMİ

Hansı hallarda vətəndaşlar analizləri öz hesabına verəcək? -

“Kreatin, azot qalığı, şəkərin yoxlanılması üçün laborator analizlər xidmətlər zərfində mövcuddur”.

Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

Vətəndaşın laborator analizlərlə bağlı sualına cavab olaraq bildirilib ki, qeyd edilən analizlər xidmətlər zərfində var və dövlət tibb müəssisələrində də aparılır:

“Lakin burada bir məqam var. Hər hansı analizlərin aparılması şəxsin özü tərəfindən deyil, həkim tərəfindən, tibbi zərurətdən irəli gələrək təyin olunarsa, bu cür analizlər xidmətlər zərfi çərçivəsində qarşılanır. Amma şəxs özü öz istəyi ilə hər hansı analizlərin aparılmasını istəyirsə, bu onun şəxsi vəsaiti hesabına həyata keçiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...