Ermənistanla razılaşma: Ordu Qarabağdan çıxarılır, Qazağın 7 kəndi, Kərki, Zəngəzur dəhlizi…

Ermənistanla razılaşma:

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumata görə razılaşmanın ilk bəndləri Azərbaycan üçün kifayət qədər qanedicidir. Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir. Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir. Lakin bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

"Sputnik Azərbaycan" isə bildirir ki, erməni mediasının danışıqlar barədə yazdıqlarının leytmotivi bundan ibarətdir: Sabah Azərbaycan hərbçilərinin 2 km geri çəkilməsi (3,5 km irəlilənmişdi) gözlənilir, Azərbaycan Ordusunun 60 hərbçisinin qalacağı 3 müşahidə postu yaradılacaq. Habelə, Azərbaycan hərbçilərinin mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşməyəcək. Erməni KİV-ləri onu da iddia edir ki, Azərbaycan tərəfi hansısa müəyyən şərtlər irəli sürüb, lakin media hələ bunlardan xəbərsizdir, danışıqlar iki gün ərzində davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...