İcazə vaxtı bitir - Sürücülərə 150 manatlıq cərimə xəbəri- VİDEO
Avtomobilin pərdə və plyonkaya, eləcə də jalüzlərə icazə verilən yeganə hissə arxa şüşədir. Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına cəmi 5 gün qalıb. Avtosfer.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, qanunla may ayının 1-dən sənaye üsulu ilə yan şüşələrə vurulan pərdə və plyonkalara verilən icazə müddəti noyabr ayının 15-də başa çatır. Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.
Pərdə və plyonkalarla bağlı qadağa bəzi sürücülər tərəfindən düzgün başa düşülmədiyindən polislərlə avtomobil sahibləri arasında mübahisələrə səbəb olur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, mayın 1-dən noyabr 15-dək yalnız sənaye üsulu ilə avtomobillərə quraşdırılan pərdə və plyonkalara icazə verilir. Kustar üsulla quraşdırılan pərdələrə isə ümumiyyətlə heç vaxt icazə verilmir.
Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq olunacaq.
Qadağalara cəmi bir neçə gün qalsa da sürücülərin əksəriyyəti bundan xəbərsizdir. Avtomobilin pərdə və plyonkaya, eləcə də jalüzlərə icazə verilən yeganə hissə arxa şüşədir.
1 144 dəfə oxundu