Abşeronda QƏTL törədilib

Abşeronda QƏTL törədilib

Mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdiri



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...