“Space”in yeni rəhbəri əməkdaşları kütləvi şəkildə işdən çıxarır - İDDİA

“Space”in yeni rəhbəri əməkdaşları kütləvi şəkildə işdən çıxarır -

“Space” teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Hətəmov televiziyada ciddi dəyişikliklər etməyə başlayıb.

Gundeminfo.az-ın məlumatına görə, Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib. Belə ki, 15 ildir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.

Kanaldan aldığımız məlumata əsasən, R. Dadaşov ya icraçı direktor, ya da proqramlar şöbəsinə rəhbər gətiriləcək.

Artıq o, bir neçə dəfə “Space”ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Eyni zamanda, iyunun 15-dən etibarən işçilərin əksəriyyətinin öz hesabına məzuniyyətə yola salınacağı deyilir. Bununla da, ənənəvi proqramların yayımı dayandırılacaq. İki aylıq fasilədən sonra televiziya yeni formatda, yeni işçilərlə yayıma başlayacaq. (qafqazinfo)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...