Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək

Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək


Rusiya 2016-cı ilin yanvarın 1-dən Ukraynaya ərzaq embarqosu tətbiq edəcək.APA-nın məlumatına görə, bunu Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev “Rossiya 24” telekanalına açıqlamasında deyib.

“Ukrayna Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarına qoşulduğu üçün ərzaq embarqosu şəklində müdafiə tədbirləri görmək qərarına gəldik. Sadəcə bu qərar yanvarın 1-dək təxirə salınıb”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna hökumətinin iclasında baş nazir Arseni Yatsenyuk bildirib ki, Rusiyanın tətbiq edəcəyi ticarət embarqosu Ukraynaya 600 milyon dollar ziyan vuracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...