Bu il CAR-da brakonyerlər 249 kərgədanı öldürüb

Bu il CAR-da brakonyerlər 249 kərgədanı öldürüb

Cari ilin ilk yarısında Cənubi Afrika Respublikasında brakonyerlər tərəfindən öldürülən kərgədanların sayında əhəmiyyətli artım qeydə alınıb.

Gundeminfo.az
“TASS”a istinadən xəbər verir ki, bunu ölkənin ətraf mühit, meşələr və balıqçılıq naziri Barbara Krisi deyib.

Onun sözlərinə görə, bu il 249 kərgədan brakonyerlər tərəfindən öldürülüb:

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83 heyvan da çoxdur. Cinayətlərin çoxu ölkənin şərqində yerləşən məşhur Kruqer Milli Parkında törədilib. Burada 132 heyvan öldürülüb”.

Dünyada vəhşi təbiətdə yaşayan bütün kərgədanların təxminən 80 % -i Cənubi Afrikanın payına düşür. Afrikada mövcud olan bütün 20 min ağ kərgədanın 93% -i və nəsli kəsilməkdə olan 5 min qara kərgədanın 39% -i bu ölkədə yaşayır. “Qara bazar”da 1 kq kərgədan buynuzunun qiyməti 60 min ABŞ dollarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...