İlkin qapanmada bu sahələr bağlanacaq – “İdman zalları, məscidlər, toylar…”
Son günlər koronavirusa yoluxma sayının 1000-dən yuxarı olduğunu müşahidə edirik.
Elə bu səbəbdən Operativ Qərargah tərəfindən karantin rejimin sərtləşdirilməsi ilə bağlı müzakirələrin aparılması ilə bağlı xəbərlər yayılıb.
Maraqlıdır, ilkin mərhələdə hansı qapanmalar tətbiq edilə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Aydın Əliyev karantin rejimin sərtləşdirilməsinin yoluxan şəxslərin ağırlaşmasından asılı olaraq həyata keçirilməli olduğunu bildirib:
“Budəfəki yoluxma sayının artımı ilə ötən dövr ərzində olan say arasında fərq var. Belə ki, biz tələb edirik ki, hazırda virusa yoluxan şəxslərin arasında ağırlaşma hallarının faizi açıqlansın. Təəssüflər olsun ki, bu rəqəmlər hələ də açıqlanmayıb. Məlum olduğu kimi hər il dünyada bir milyarda yaxın insan qrip virusuna yoluxur. Lakin buna baxmayaraq karantin rejimini tətbiq etmirik. Çünki bu xəstəlik səbəbi ilə vəziyyəti ağırlaşan şəxslərin sayı 0.1 faiz civarındadır. Koronavirusun son statistikasında da bu nəzərə alınmalıdır. Belə ki, yoluxmalarda ağırlaşma faizi 1-2 faizdirsə, ölüm halları 0.5 faizə bərabərdirsə, o zaman karantin rejiminə gərək yoxdur. Əgər faizlər yuxarıdırsa, bu halda qapanma ilə bağlı təkliflər vermək olar”.
Həkimin sözlərinə görə, ilkin qapanmanın hansı sahələrdə ola biləcəyini təxmin etmək üçün son yumşalmalara nəzər salmaq lazımdır:
“Karantin rejiminin sərtləşdirilməsi zamanı son yumşalmalara nəzər salmaq lazımdır. Yəni, toyların keçirilməsinə məhdudiyyət təbiq edilməli, idman zalları, məscidlərin, Mall-ların fəaliyyətinə bir müddətlik fasilə verilməlidi. Yəqin, ilk olaraq bu məhdudiyyətlər tətbiq ediləcək. Lakin dediyim kimi, bu qadağaların tətbiqi ağırlaşma sayından asılı olmalıdır”.
807 dəfə oxundu