“Mən pulları qaytarıram, amma Eldar Mahmudov da versin…” – General

“Mən pulları qaytarıram, amma Eldar Mahmudov da versin…” –
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Mövlam Şıxəliyev zərərçəkənlərin tələblərini yerinə yetirməyə razılaşıb.

Bu barədə “gununsesi.info” saytı iş üzrə zərərçəkənlərdən birinə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, general bunun qarşılığında müəyyən şərtlərinin yerinə yetirilməsini istəyib. Sabiq istintaq rəisi bildirib ki, həbs olunan şəxslərdən alınan pullar təkcə ona çatmayıb. O, zərərçəkənlərdən hədə-qorxu ilə alınan vəsaitləri həm də Eldar Mahmudovun qaytarmalı olduğunu deyib.

Zərərçəkən deyib ki, sabiq MTN rəhbəri Eldar Mahmudov da istintaqa cəlb olunmalıdır: “Çünki Mövlan Şəxəliyev bildirir ki, o pulları tək yeməyib. Hesab edirəm ki, onun dediklərində həqiqət var. Bu gün bizə dəymiş zərərin ödənilməsindən söhbət gedirsə, Eldar Mahmudov da prosesə cəlb olunmalıdır. Öz aralarında razılaşsınlar və bizim pulları qaytarsınlar”.

Qeyd edək ki, Mövlan Şəxəliyevin cinayət işi üzrə çoxsaylı zərərçəkən var.

Mövlam Şıxəliyev bu il aprelin 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələbetmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub.

Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, istintaq zamanı Mövlam Şıxəliyevin MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı müəyyən edilib.

Bundan başqa onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...