Sabahdan COVİD-19 pasportunu üzərimizdə daşımalıyıq? - DİN-dən AÇIQLAMA

Sabahdan COVİD-19 pasportunu üzərimizdə daşımalıyıq? -

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Adıçəkilən məkanlarda polis əməkdaşları tərəfindən yoxlanış həyata keçiriləcək. Maraqlıdır, vətəndaşlar vaksin pasportunu mütləq şəkildə üzərilərində gəzdirməlidir?

Məsələ ilə bağlı Sfera.az-a danışan DİN Mətbuat Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev vaksin pasportunun şəxsin üzərində olmasını müsbət hal kimi dəyərləndirsə də bunun vacib olmadığını bildirib:

"Bütün hallarda vaksin pasportunun olması yaxşı haldır. Çünki bu qaydada yoxlanış vaxt aparmır. Lakin ümumilikdə polis əməkdaşları tərəfindən müvafiq qaydada şəxsiyyət vəsiqəsi vasitəsilə TƏBİB tərəfindən təqdim olunan sistem vasitəsi ilə vaksinasiya ilə bağlı məlumatlar yoxlanılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...