Məktəblərdə imtahanların sayı azaldılır - Kurrikulum sadələşdirilir

Məktəblərdə imtahanların sayı azaldılır -
Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər. Modern.az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, imtahanlar və qiymətləndirmələr çoxdur: “Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurrikulumlar daha da sadələşdiriləcək”.

R.Əzizov, həmçinin qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşmə müşahidə olunur: “Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq daha çox oxuyub anlamağa, yəni dərsliklərimizi insana həyatı boyu lazım olan bacarıqlara uyğun tənzimləməyə çalışırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...