Bu il məktəblərdə gül buketi GÜL PULU ilə əvəz olund – Əlində gül yox, cibində pul gətir

Bu il məktəblərdə gül buketi GÜL PULU ilə əvəz olund –

Dərs ilinin başlamasına sayılı günlər qalıb. Məktəbə ilk dəfə qədəm qoyacaq olan birincilər, bir ildən çoxdur parta arxasında əyləşməkdən məhrum olan şagirdlər, qapanma dönəmində övladlarını güc-bəla ilə evdə ram etməyə çalışan valideynlər səbrsizliklə 22 sentyabr tarixini gözləyir.
İlk dərs günlərində dədə-babadan öyrəşdiyimiz bir mənzərə var idi. Ağlı-qaralı formalarda göyərçinə bənzəyən, əllərində özlərindən böyük gül buketləri olan körpələr və yanlarında bütün yaxın qohum-əqrəbaları məktəbin yolunu tutardılar. Lakin qlobal səhityyə böhranı dünyanı bürüyən gündən bu yana qaydaları pozmamaq üçün təəssüf ki, bu ənənələrin hamısı qadağan olunub.

Maraqlı bir məqam isə ondan ibarətdir ki, artıq şagirdlər əllərində gül buketi ilə yox, ciblərində pulla məktəbə gedirlər…. Necə? Çox sadə… Hələ məktəb açılmamış artıq valideynləri buna peşman ediblər.

Belə ki, gül buketinə qadağa qoyulduğu üçün müəllimlərə yaxın valideynlər məktəb başlamamış “Valideynlər qrupu” deyilən sosial şəbəkə qruplarında hərəkətə keçiblər. Müxtəlif təbliğatlar apararaq, gül aparmağın qadağan olunduğunu bəhanə edərək, gülə veriləcək olan pulu yığmağa başlayıblar. Bir sözlə, gül almaq yükündən xilas olduqlarına sevinən valideynlər, “yağışdan çıxıb, yağmura düşüblər”. Bəzi valideynlər buna etiraz etsələr də, bir çoxu təbii ki, “övladının xətrinə” bu pulu verməyə razı olub.

Maraqlısı ondadır ki, məktəbdən asılı olaraq bu “gül pulu” qiyməti dəyişir.Məsələn, şəhərdən kənar məktəblərdə 20-30 manat, şəhərin mərkəzində isə 40-50 manat arasında dəyişir. Görünən odur ki, heç uzun zaman keçmədən məktəblərin açılmasına sevinən valideynlər hələ çox peşmançılıq çəkəcəklər. Siz qərar verin. Online təhsil ya əyani, gül buketi ya “pul buketi”?..
Bizimyol.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...