İnternetin ucuzlaşması bazarda ciddi canlanmaya səbəb olacaq - Osman Gündüz
"İnternetin qiymətinin ucuzlaşması bazarda ciddi canlanmaya səbəb olacaq, internetə əlçatanlığı artıracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda "Aztelekom” və "Baktelekom” MMC-nin internet tariflərinə dəyişiklik edərək, internetin sürətini artırması, aylıq ödənişin 35 faizədək endirmələrinə münasibət bildirərkən deyib:
"Uzun müddət idi ki, Azərbaycanda vətəndaşların ödədiyi pulla əldə etdiyi internetin sürətilə qonşu ölkələrdəki eyni pulla əldə olunan sürət arasında böyük fərq var idi. 30 faizlik endirim baş verəndən sonra da bu fərq müəyyən qədər qalmaqdadır. Azərbaycanda qonşu ölkələrlə müqayisədə ödənilən vəsaitə uyğun əldə olunan sürət indiki halda da aşağı olaraq qalır. Bununla belə, atılan addım bazarda internetə əlçatanlığı artıracaq. "Aztelekom” və "Baktelekom” müştərilərinin əksəriyyəti 1 və ya 2 mbps üzərində oturmuşdu”.
Ekspert düşünür ki, bu prosesdən sonra yüksək internet sürəti əldə edənlərin sayı xeyli artacaq:
"Bir neçə gün öncə beynəlxalq təşkilatın Azərbaycanda internetin sürətilə bağlı göstəricisi çap olunmuşdu. Orada internetin sürətilə bağlı Azərbaycan 167-ci yerdə qərarlaşmışdı. İndi isə düşünürəm ki, atılan addım beynəlxalq statistikaya da müəyyən qədər müsbət təsir göstərəcək".
Həmsöhbətimizin fikrincə, istənilən halda Azərbaycanda internetlə bağlı problemin tam həlli olunduğunu söyləmək hələ tezdir:
"Ölkəmizdə yüksək sürətli, keyfiyyətli internetə əlçatanlıqla bağlı məsələdə problem qalır. Atılan addım sadəcə indiyə qədər interneti olanların vəziyyətini yaxşılaşdıracaq. Amma region və kəndlərdə xeyli sayda insan hələ də yüksək sürətli internetlə təmin olunmayıb. Bölgələrdə yaşayanların böyük əksəriyyətinin hələ də interneti yoxdur. Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi islahatları davam etdirməlidir. Özəl və dövlət provayderlərinin birgə tərəfdaşlığından istifadə olunmalıdır. Kəndlərdə yüksək sürətli internetə əlçatanlıq məsələsini birdəfəlik həll etmək lazımdır. Ümid edirəm, yaxın 1-2 ilə bu problem də həll edələcək”.
970 dəfə oxundu