Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... - Fotolar
Qəsbkar Ermənistan və Xankəndidəki separatçı-terrorçu erməni rejimi Azərbaycan Respublikasının Rusiya sülhməramlı hərbi kontingentinin himayəsi ilə nəzarətdə saxladıqları hissəsinə qanunsuz tikinti və abadlıq işlərini davam etdirirlər.
Yenisabah.az xəbər verir ki, erməni nəşrlərininn yaydığı məlumata görə, işğalçılar Xocalı rayonunun “Xaçen” adlandırdıqları Seyidbəyli kəndində dağ-mədən müəssisəsi tikməyə başlayıb.
“ “Narane Gold" şirkəti təxminən 4 aydır ki, bir mədənçıxarma müəssisəsi üçün binanın tikintisinə start verib. Müəssisə iki korpusdan ibarət olacaq. Birinci binanın işlərinin 3 aya başa çatdırılması planlaşdırılır. Burada müxtəlif mədən metallarının çıxarılması və emalı ilə məşğul olunacaq. İkinci korpus isə təxminən 6 ay ərzində istifadəyə veriləcək, burada artıq tam işlənmiş məhsullar əldə ediləcək. Müəssisədə bir neçə növ əlvan metal, eləcə də tikinti materialları istehsal olunacaq ”,-“Narane Gold ”şirkətinin icraçı direktoru Armen Sarkisyan erməni müxbirlərə açıqlamasında bildirib.
A.Sarkisyan onu da əlavə edib ki, mədən müəssisəsi binasının tikintisini vaxtında başa çatdırmaqdan ötəri müxtəlif işlərin görülməsi üçün təcili olaraq inşaat qrupuna ehtiyac var.
1 175 dəfə oxundu