Rus hərbi bazaları vuruldu, türk ordusu hərəkətə keçdi - Şok gəlişmə

Rus hərbi bazaları vuruldu, türk ordusu hərəkətə keçdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya başçısı Vladimir Putin arasında sabah Soçidə keçirilməsi planlaşdırılan görüşdən bir neçə saat əvvəl Suriyanın Hələb və İdlib bölgələrində gərginliyin pik həddə qalxdığı vaxt Türkiyə İdlibə yeni hərbi qüvvələr göndərib.

Teleqraf.com xəbər verir ki, Rusiya təyyarələri Türkiyənin dəstəklədiyi müxalif qüvvələrin nəzarətində olan Afrində də gərginliyi artırıb. Ötən gün Rusiya təyyarələrinin bölgəyə həyata keçirdiyi hava hücumlarında Suriya Milli Ordusunun 5 hərbçisinin öldürüldüyü bildirilib. Hücum nəticəsində ən az 12 mülki şəxsin yaralandığı da deyilib.

Türkiyə mətbuatı baş verən bu olaylardan sonra türk hərbi qüvvələrinin bir konvoyunun İdlibə girdiyini. Bölgədəki hərbi bazalarına doğru hərəkət etdiyini yazıb. Konvoyun tərkibində çox sayda canlı qüvvə, ağır artilleriya, tank və PDM-in olduğunu qeyd edilib.

Digər tərəfdən, Suriya İnsan Haqları Şəbəkəsi dünən Rusiyanın Suriyadakı ən böyük bazası olan Xmeymimə raket hücumu təşkil etmək cəhdinin edildiyini bildirib. Şəbəkə raketlərin bir hissəsinin baza yaxınlığındakı kəndlərə düşdüyünü açıqlayıb. Bazaya düşən raketlərin olub-olmaması haqda açıqlama verməyən qurum insan tələfatı ilə bağlı da məlumat paylaşmayıb. Qeyd edilib ki, baza yaxınlığına düşən raket yanğına səbəb olub.

Bu gün səhər saatlarında Rusiya və Bəşər Əsəd ordusuna məxsus qırıcıların İlibdəki bəzi mövqeləri vurması haqda məlumat yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...