“Fatehan Xeybər” təlimləri: İran sərhədlərimizə hansı qüvvələr toplayıb?

“Fatehan Xeybər” təlimləri:
İranın Quru Qoşunları ölkənin şimal-qərb bölgələrində təlimlərə başlayıb. Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, “Fatehan Xeybər” adlanan təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.

Təlimlərdə 216-cı, 316-cı tank briqadaları, 25-ci briqada, 11-ci artilleriya qrupu, pilotsuz uçuş aparatları, 433-cü mühəndis-istehkam bölmələri, aviadesant helikopterləri cəlb edilib. Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...