19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO

19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub -
"Hadisə səhər saat 06:50 raədlərində Suraxanı dairəsi yaxınlığında baş verib. İlkin ehtimal sürücünün sükan arxasında yuxulamasıdır".

Gundeminfo.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində DYP-nin baş inspektoru Araz Əsgərli deyib. O bildirib ki, sürücü özü yuxulu olduğunu etiraf edib:

“Qısa zaman ərzində polis əməkdaşları dərhal hadisə yerində olublar. Sürücü polis əməkdaşlarına yuxulu olmasının qəzaya səbəb olduğunu deyib. Sürücü özü etiraf edib ki, mən yuxulu idim. Soruşublar ki, necə oldu ki, sən bu hadisəni törətdin? Onun birinci cavabı yuxulu olmasını bildirməsi olub”.

Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...